Paytaxtın Nizami rayonu ərazisində "Mitsubishi" markalı avtomaşınla piyada M.Məmmədli vurulmuşdur
12.10.2013Oktyabrın 13-də saat 17.00 radələrində Nizami rayonu Q.Qarayev prospektində Bakı şəhər sakini Yusif Qasımov idarə etdiyi “Mitsubishi” markalı avtomaşınla yolu keçən həmyerlisi Murad Məmmədlini vurmuşdur. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
Nizami RPİ tərəfindən araşdırma aparılır.