Binəqədi rayonu ərazisindəki “İstisu” restoranında Sumqayıt şəhər sakini V.Musayevi döymüş və bıçaqla hədələyərək pul və şəxsi əşyalarını ondan almış iki şəxsdən biri tutulmuşdur
12.10.2013Oktyabrın 13-də Binəqədi rayonu Xırdalan dairəsinin yaxınlığındakı “İstisu” restoranında Bakı şəhər sakini Elvin Mehdiyev və onunla birgə olan Zaur adlı şəxs Sumqayıt şəhər sakini Vüqar Musayevi döymüş və bıçaqla hədələyib 100 manat pulunu, mobil telefonunu, qızıldan hazırlanmış boyunbağısını və üzüyünü ondan almışlar.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Mehdiyev tutulmuş, Zaur adlı şəxsin tutulması istiqamətində tədbirlər görülür.
Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.