Şəmkir rayonu ərazisində yol-nəqliyyat hadisəsi
12.10.2013Oktyabrın 13-də saat 16.00 radələrində Şəmkir rayonu ərazisində Şiştəpə kənd sakini İlkin Əhmədov idarə etdiyi “Hyundai” markalı avtomaşını aşırmışdır. Nəticədə xəsarət almış İ.Əhmədov və sərnişinləri, həmyerliləri Səyyad Həsənov, Elçin Məmmədov və Bakı şəhər sakini Turqut Abbasov xəstəxanaya yerləşdirilmişlər. T.Abbasov orada ölmüşdür.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.