Nərimanov rayonu ərazisində xuliqanlıq zəminində bir neçə avtomaşının təkərlərini deşmiş Bakı şəhər sakini Q.Bayramov tutulmuşdur
12.10.2013Oktyabrın 13-nə keçən gecə Nərimanov rayonu A.Nemətulla və Daş Karxanası küçələrində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qaşqay Bayramov xuliqanlıq zəminində bıçaqla həmyerliləri Adəm Məmmədova məxsus “Hyundai”, Zahid Məmmədova məxsus “Mercedes” və Rüfət Əliyevə məxsus “VAZ-2106” markalı avtomaşınların təkərlərini deşmişdir.
Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Bayramov tutulmuşdur.