Kürdəmir rayonu ərazisində “VAZ-2104” markalı avtomaşın aşmışdır
31.08.2013Sentyabrın 1-də saat 07.00 radələrində Kürdəmir rayonu Sovla kəndinin ərazisində kənd sakini Telman Musayev idarə etdiyi “VAZ-2104” markalı avtomaşını aşırmışdır. Nəticədə T.Musayev və sərnişinlərindən həmyerliləri Aişə Hüseynova hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini Vüsalə Musayeva isə xəstəxanaya yerləşdirilmişdir.
Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.