Cari il yanvarın 20-də T.Nuriyevanın mənzilindən oğurluq etmiş Yevlax rayon sakini L.Nadirova tutulmuşdur
31.08.2013Binəqədi RPİ 40-cı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 20-də Təranə Nuriyevanın mənzilindən 120 manat pul və qızıl əşyalarını oğurlamış Yevlax rayon sakini Leyla Nadirova tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun, cari ilin fevral ayının 15-də “Motodrom” adlandırılan ərazidəki evlərdən birində yaşayan İsayev Fariz Namət oğlunun evindən açıq qalmış qapıdan girmək yolu ilə 400 manat pul oğurlaması da müəyyən edilmişdir.