Şamaxı rayonu Çuxuryurd kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
31.08.2013Sentyabrın 1-də saat 12.00 radələrində Şamaxı rayonu Çuxuryurd kəndinin ərazisində Bakı şəhər sakini Fikrət Əzizov idarə etdiyi “Mitsubshi-Pajero” markalı avtomaşını aşırmışdır. Nəticədə F.Əzizov hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, Salyan rayon sakini Tehran Salahova, Göyçay rayon sakini Cahan Vəliyeva və Xırdalan şəhər sakini İlhamə Atakişiyeva xəstəxanaya yerləşdirilmişlər.
Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.