Füzuli rayonu Bala Bəhmənli kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
31.08.2013Sentyabrın 1-də saat 19.00 radələrində Füzuli rayonu Bala Bəhmənli kəndinin ərazisində rayon sakinləri Camal İmanovun və Sərdar Məhərrəmovun idarə etdiyi “VAZ” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış C.İmanov, habelə S.Məhərrəmov və sərnişinləri, həmyerlisi Məryəm Məhərrəmova, Sumqayıt şəhər sakinləri Müşfiq Əsədov və Ülviyyə Qasımova xəstəxanya yerləşdirilmişlər. C.İmanov orada ölmüşdür.
Füzuli RPŞ tərəfindən araşdırma aparılır.