Kürdəmir rayonu Atakişili kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
31.08.2013Sentyabrın 1-də saat 13.30 radələrində Kürdəmir rayonu Atakişili kəndinin ərazisində Bakı şəhər sakinləri Mustafa Xəkiyevin idarə etdiyi “Mitsubishi” markalı və Oktay Səmədovun idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə O.Səmədovun xəsarət almış sərnişinləri, Bakı şəhər sakinləri Rəna Rəsulova, Səid Səmədov, habelə M.Xəkiyevin sərnişini Nüşabə Dünyamalıyeva xəstəxanaya yerləşdirilmişlər.
BDYPİ tərəfindən araşdırma aparılır.