Paytaxt sakinləri X.Hümbətovanın çantasından və S.Dadaşovun cibindən oğurluq etmiş Sumqayıt şəhər sakini H.Babayev tutulmuşdur
19.08.2013Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 12-də Xəyalə Hümbətovanın çantasından 22 manat pulunu və şəxsi sənədlərini, avqustun 19-da 150 saylı xətt avtobusunda Bakı şəhər sakini Surac Dadaşovun cibindən 150 manat pulunu oğurlamış Sumqayıt şəhər sakini Hafiz Babayev tutulmuşdur.