Neftçala rayonu Mirqurbanlı kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
19.08.2013Avqustun 21-də saat 02.30 radələrində Neftçala rayonu Mirqurbanlı kəndinin ərazisində Həsənabad qəsəbə sakini Əzim Bağırov idarə etdiyi “VAZ-2109” markalı avtomaşını aşırmışdır. Nəticədə Ə.Bağırovun sərnişinlərindən həmyerlisi Samir Bağırov hadısə yerində ölmüş, xəsarət almış digər sərnişini, Neftçala rayon sakini Vaqif Qənbərov isə xəstəxanaya yerləşdirilmişdir.
Neftçala RPŞ tərəfindən araşdırma aparılır.