Beyləqan rayonu ərazisində “Mercedes” markalı avtomaşınla “Muravey” markalı motosiklet toqquşmuşlar
19.08.2013Avqustun 20-də saat 21.00 radələrində Beyləqan rayonu ərazisində rayon sakini Kənan Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomaşınla Örənqala qəsəbə sakini Elnur Nuriyevin idarə etdiyi “Muravey” markalı motosiklet toqquşmuşlar. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş E.Nuriyev orada ölmüşdür.
Beyləqan RPŞ tərəfindən araşdırmalar aparılır.