Oğurluq etdiklərinə görə tutulmuş üç Gürcüstan vətəndaşının Bakı şəhəri ərazisindəki bir neçə evdən də oğurluqlar törətmələri müəyyən edilmişdir
19.08.2013Yasamal RPİ 29-cu PB əməkdaşları tərəfindən, oğurluq etdiklərinə görə tutulmuş Gürcüstan vətəndaşları Heydər Musaquliyevin, Rafiq Musayevin və onun qardaşı Paşanın ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların, Rəşad Müseyibovun, Elnur İsmayılovun mənzillərindən məişət və inşaat materialları, habelə avqustun 12-də Yeni Yasamal-2 yaşayış sahəsində Bakı şəhər sakini Xəyal Quliyevə məxsus evdən tikinti materiallarını oğurlamaları da müəyyən edilmişdir.