Xəzər rayonu Şüvəlan qəsəbəsində tikilməkdə olan bağ evinin beton örtüyünün uçması nəticəsində 1 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır
19.08.2013Avqustun 20-də Xəzər rayonu Şüvəlan qəsəbəsi Hacı Mövlan bağlar yaşayış sahəsində Cəlilabad rayon sakini Rasim Əliyevə məxsus tikilməkdə olan bağ evinin beton örtüyü uçmuşdur.
Nəticədə orada işləyən, xəsarət almış Sabirabad rayon sakini Emin Hüseynov hadisə yerində ölmüş, Türkiyə vətəndaşları Mustafa Taşqran və Sevgen Calkan isə xəstəxanaya yerləşdirilmişlər.