Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ələt qəsəbə sakinləri İ.İbrahimov və Ə.Qayıbov şantaj yolu ilə həmyerliləri R.Ağayevdən 500 manat pul alarkən tutulmuşlar

30.07.2013

İyulun 21-də Qaradağ rayonunun Ələt qəsəbə sakini Ramil Ağayev 11-ci PB-yə ərizə ilə müraciət edərək, arvadı ilə aralarında olan mübahisəni gizli yolla mobil telefona çəkmiş həmyerliləri Əkrəm Qayıbovun və İsmayıl İbrahimovun çəkilmış videonu sosial şəbəkələrdə yayacaqları ilə hədələyib ondan 500 manat pul istəmələrini bildirmişdir.

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 31-də İ.İbrahimov və Ə.Qayıbov 500 manat pulu R.Ağayevdən alarkən tutulmuş, video yazı olan mobil telefon onlardan götürülmüşdür.

30.07.2013 tarixinə olan kriminal məlumatlar