Qaradağ rayonu Korgöz qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
30.07.2013İyulun 31-də saat 16.00 radələrində Qaradağ rayonu Korgöz qəsəbəsinin ərazisində Sumqayıt şəhər sakini Elvin Məmmədovun idarə etdiyi "Ford Tranzit" markalı və Bakı şəhər sakini Tariyel Əliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə T.Əliyevin sərnişini, həmyerlisi Çingiz Mirzəyev hadisə yerində ölmüş, xəsarət almış hər 2 sürücü isə xəstəxanaya yerləşdirilmişdir.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.