Sumqayıt şəhər sakini Hüseyn Əliyevdən dələduzluq yolu ilə pul alanın şəxsiyyəti müəyyən edilmişdir
30.07.2013Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 25-də Hüseyn Əliyevdən dələduzluq yolu ilə 1200 manat pulun şəhər sakini Kamet Bayramov tərəfindən alınması müəyyən edilmişdir. K.Bayramovun cari ilin may ayında həmyerlisi, əvvəllər məhkum olunmuş Fəxrəddin Nəzərovla birgə şəhər sakini Səfər Əsədovun etimadını qazanaraq, ondan da 500 manat pul almaları müəyyən edilmişdir.