Nərimanov rayonu ərazisində yük avtomaşını ilə Masallı rayon sakini Tərlan Şahbazov vurulmuşdur
30.07.2013İyulun 31-də saat 11.00 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Şərur rayon sakini Hafiz Mahmudov idarə etdiyi “Mercedes” markalı yük avtomaşını ilə Masallı rayon sakini Tərlan Şahbazovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş T.Şahbazov orada ölmüşdür.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.