İmişli rayonu Qaravəlli kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
30.07.2013İyulun 31-də saat 03.40 radələrində İmişli rayonu Qaravəlli kəndinin ərazisində Füzuli rayon sakini Cabbar İsayevin idarə etdiyi “VAZ-2106” markalı və Saatlı rayon sakini Faiq Abdullayevin idarə etdiyi “QAZ-33021” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə C.İsayev hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, Füzuli rayon sakini Abbas İsayev və İmişli rayon sakini Vüqar Qəhrəmanlı isə xəstəxanaya yerləşdirilmişlər.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.