Biləsuvar rayonunun Muğankənd kəndində "Mercedes" markalı avtomaşın aşmışdır
15.04.2013Aprelin 16-da saat 20.10 radələrində Biləsuvar rayonunun Muğankənd kəndində Sumqayıt şəhər sakini Rəşad Mənsimov idarə etdiyi "Mercedes" markalı avtomaşını aşırmışdır. Nəticədə xəsarət almış R.Mənsimov və sərnişinləri - Bakı şəhər sakini Ramil Murquzov və Kürdəmir rayon sakini Kənan İsgəndərov xəstəxanaya yerləşdirilmişlər. K.İsgəndərov orada ölmüş, R.Mənsimova və R.Murquzova isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.