Bir qrup Masazır qəsəbə sakini "Azərsun Holdinq" şirkətinə məxsus 112 kisə duzu oğurlamağa cəhd edərkən polis tərəfindən saxlanılmışlar
15.04.2013Aprelin 16-da Abşeron rayonu Masazır qəsəbəsinin ərazisindəki "Azərsun Holdinq" şirkətinə məxsus Duz Zavodunun ərazisindən hər birinin çəkisi 25 kiloqram olan 112 kisə duzu oğurlayıb Qalib Əzizova məxsus "QAZel" markalı avtomaşına yükləyərkən qəsəbə sakinləri Ağamehdi Əliyev, Bəylər Talıbov, Əliyoldaş Rəşidov, Xalid İmanverdiyev və Fuad Salamov Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılmış və Abşeron RPŞ-yə təhvil verilmişlər.