Mart ayında Ağdam rayon sakini F.Ağayevə məxsus çayxanada baş vermiş yanğının qəsdən törədilməsi müəyyən edilmişdir
15.04.2013Cari il mart ayının 30-da Ağdam rayonunun Xındırıstan kəndində kənd sakini Fazil Ağayevə məxsus çayxanada yanğın baş vermişdir. Nəticədə bütövlükdə çayxananın yanar konstruksiyaları yanmışdır.
Aparılmış araşdırmalar nəticəsində hadisənin Sarıçoban kənd sakini Məhərrəm Ətapur tərəfindən törədilməsi müəyyən edilmişdir.
Araşdırmalar davam etdirilir.