İnternet vasitəsi ilə Qazax rayon sakini Ş.Nəsirova məxsus bankomat kartından pulunu çıxaranın şəxsiyyəti müəyyən edilmişdir
15.04.20132012-ci ilin iyun ayının 9-da Qazax rayon sakini Şaiq Nəsirov Nizami RPİ-nin 25-ci Polis Bölməsinə müraciət edərək 2012-ci ilin may ayında onun bankomat kartından internet vasitəsi ilə 977 manatının çıxarılmasını bildirmişdir.
Faktla əlaqədar rayon prokurorluğu tərəfindən cinayət işi başlanmışdır.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisənin Q.Qarayev prospektindəki internet klubda işləyən Bakı şəhər sakini İslam Əliyev tərəfindən törədilməsi müəyyən edilmişdir.