Quba rayonunda Ə.Məmmədova məxsus mağazadan oğurluq etmiş şəxslər saxlanılmışlar
15.04.2013Aprelin 15-nə keçən gecə Quba rayonunun Vladimirovka kəndində Mirzəməmməd kənd sakini Əmrah Məmmədova məxsus mağazadan qapını sındırmaq yolu ilə 500 manat dəyərində ərzaq məhsulları və tütün məmulatı oğurlanmışdır.
Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Xudat şəhər sakinləri Feyzulla Nurməmmədov, Vaqif Əliquliyev, İmran Hüseynov və Çingiz Hüseynov saxlanılmışlar.