Şəmkir rayonu ərazisində "Mercedes" markalı avtobusla "VAZ-2106" markalı avtomaşın toqquşmuşdur
07.01.2013Yanvarın 7-də saat 23.00 radələrində Şəmkir rayonu ərazisində, Göygöl rayon sakini Akif Əliyevin idarə etdiyi "Mercedes" markalı avtobusla, rayon sakini Anar Həsənovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşın toqquşmuşdur. Nəticədə A.Həsənov və onun 4 sərnişini hadisə yerində ölmüşlər.