Yanvarın 6-da Quba rayon sakini S.Sultanovun həyətindən inək oğurlamış H.Hüseynov tutulmuşdur
07.01.2013Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da Surxay Sultanovun həyətindən 1 baş inək oğurlamış rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Hüseynov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2012-ci il dekabrın 5-də Tahirov Əlistanın həyətindən 25 baş qoyun oğurlaması da müəyyən edilmişdir.