Şəmkir rayonu ərazisində yol-nəqliyyat hadisəsi
07.01.2013Yanvarın 7-də saat 18.00 radələrində Şəmkir rayonu ərazisində, rayon sakini Etibar Məmmədovun idarə etdiyi "VAZ-2106" və Bakı şəhər sakini Bəhmən Əliyevin idarə etdiyi "DAF" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə, xəsarət almış E.Məmmədov və sərnişini Orxan Nəbiyev xəstəxanaya yerləşdirilmişlər. E.Məmmədov orada ölmüş, O.Nəbiyevin vəziyyəti isə orta-ağırdır.