Zərdab rayon sakini C.Abbasovun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində həmkəndlisi B.Mustafayev xəsarət almışdır
07.01.2013Yanvarın 7-də Zərdab rayonunun Yuxarı Seyidlər kəndi ərazisində, kənd sakini Ceyhun Abbasovun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəş, həmkəndlisi Bəhmən Mustafayevə dəymişdir. Nəticədə B.Mustafayev aldığı xəsarətdən ölmüşdür. C.Abbasovdan 1 ədəd ov tüfəngi götürülmüşdür.