Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi
07.01.2013Yanvarın 7-də saat 03.30 radələrində Xətai rayonu ərazisində, Füzuli rayon sakini Anar Əhmədovun idarə etdiyi "VAZ-2106" və Bakı şəhər sakini Səid Quluzadənin idarə etdiyi "VAZ-2108" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə A.Əhmədovun sərnişinləri Gülşən Xəlilova və Elsəvər Kazımov hadisə yerində ölmüş, özü, habelə E.Quluzadə və onun sərnişini isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.