Sumqayıt şəhərində yaşayan N.Məmmədovaya ölümcül bıçaq xəsarətlərinin onun əri R.Məmmədov tərəfindən yetirilməsi müəyyən edilmişdir
10.11.2012Noyabrın 10-da Sumqayıt şəhərindəki "Beton zavod" adlandırılan ərazidəki evlərdən birində yaşayan Nigar Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür. Hadisənin onun əri, əvvəllər məhkum olunmuş Rövşən Məmmədov tərəfindən törədilməsi müəyyən edilmişdir. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Sumqayıt ŞPİ tərəfindən aparılır.