Sabunçu rayonu ərazisindəki üç evdən oğurluq etmiş Bakı şəhər sakini Y.Nuriyev tutulmuşdur
10.11.2012Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyat-axtarış tədbirləri nəticəsində cari il oktyabrın 14 və 25-də Aminə Məmmədovanın və Mirmehdi Ağaoğlunun mənzillərindən oğurluq etmiş Bakı şəhər sakini Yusif Nuriyev tutulmuşdur. Y.Nuriyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun noyabrın 6-da Sabunçu qəsəbə sakini Azər Əmiraslanovun evindən açıq qalmış qapıdan girmək yolu ilə 1 ədəd mobil telefonu oğurlaması da müəyyən edilmişdir.