Sumqayıt şəhərində yaşayan A.Süleymanovdan narkotik vasitələr, pnevmatik silah götürülmüşdür
10.11.2012Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyat tədbirləri nəticəsində Sumqayıt şəhərində yaşayan Aslan Süleymanovdan 101,790 qram heroin götürülmüşdür. A.Süleymanovun mənzilinə baxış zamanı 1 kiloqram tiryək, 303,087 qram heroin, 1 ədəd "MP-654" markalı pnevmatik tapança, ona aid 200 ədəd güllə, 1 ədəd elektron tərəzi, 4 ədəd telefon aşkar edilərək götürülmüşdür.