Binəqədi rayonu ərazisində Ç.Həsənovaya məxsus mağazadan oğurluq etmiş Goranboy rayon sakini R.Həşimov tutulmuşdur
10.11.2012Cari ilin avqust ayından oktyabr ayının 25-dək olan müddət ərzində, Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Çinarə Həsənovaya məxsus mağazadan 3000 manat dəyərində mobil telefon və aksesuarlar, orada sıtıcı işləyən Turanə Mehdiyevaya məxsus şəxsiyyət vəsiqəsi və 40 manat pul oğurlanmışdır. Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş, mağazanın digər satıcısı Goranboy rayon sakini Rahib Həşimov tutulmuşdur.