Yasamal rayonu ərazisində "BMW" markalı avtomaşınla motosiklet toqquşmuşdur
10.11.2012Noyabrın 11-də saat 01.00 radələrində Yasamal rayonu ərazisində, naməlum sürücünün idarə etdiyi "BMW" markalı avtomaşınla, Abşeron rayon sakini Famil Abbasovun idarə etdiyi motosiklet toqquşmuşdur. Nəticədə motosikletçi və sərnişini Bakı şəhər sakini Baba Mehbalıyev hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.