Gün ərzində 54 cinayət faktı qeydə alınmışdır
08.06.2011Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 54 cinayət faktı qeydə alınmış, onların da 34-ü “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 9 cinayətin üstü açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 18 nəfər isə yaralanmışdır.
- 6 yanğın hadisəsi qeydə alınmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 29 nəfər tutulmuşdur.