Avtomaşınlardan oğurluq etdiklərinə görə tutulmuş Samir Hüseynovun, Rafiq Murtuzayevin, İlqar Vəliyevin və Tural Vəliyevin digər cinayət əməlləri də müəyyən edilmişdir
08.06.2011Avtomaşınlardan oğurluq etdiklərinə görə Sabunçu RPİ 15-ci PB əməkdaşları tərəfindən tutulmuş Samir Hüseynovun, Rafiq Murtuzayevin, İlqar Vəliyevin və Tural Vəliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Bakı şəhər sakini Qurban Zeynalovla birgə Vüqar Mədətova, Eyvaz Əliyevə, Orxan Babayevə, Çingiz Məsimova İsa Əkbərova, Fərhad Həsənova, Yasin Məmmədova, Məmməd Tağıyevə, Elvin Hüseynova, Elxan Zeynalova, Ceyhun Hacıyevə və Sədi Muradova məxsus "KamAZ" markalı avtomaşınların akkumulyatorlarını sökərək oğurlamaları da müəyyən edilmişdir. Q.Zeynalov tutulmuşdur.