Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi
08.06.2011İyunun 9-da saat 00.10 radələrində Səbail rayonu ərazisində, şəhər sakini Həmid Novruzov "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Xəsarət almış H.Novruzov və sərnişinləri Ruslan Qəniyev və Şamil Səlimov xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.