Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi
08.06.2011Saat 23.30 radələrində Şabran rayonu ərazisində, Bakı şəhər sakini Ağası Məmmədovun idarə etdiyi "BMW" markalı və Şabran şəhər sakini Bəxtiyar Şahverdiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Xəsarət almış B.Şahverdiyev və sərnişinləri Aftandil Əliyev, Ramil Əzməmmədov, Vəfadar Mikayılov, habelə A.Məmmədovun sərnişinləri Bəhruz Məmmədov və Nigar Məmmədova xəstəxanaya yerləşdirilmişlər. V.Mikayılov orada ölmüş, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir.