Oğurluq etmiş Sumqayıt şəhər sakini Ruslan Ağamalıyev tutulmuşdur
08.06.2011İyunun 6-da "Binə" ticarət mərkəzində Bakı şəhər sakinləri Anar Əzimova və Xalid Məmmədova məxsus mağazalardan geyim əşyaları oğurlanmışdır. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Ağamalıyev tutulmuşdur.