Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 53 cinayətin açılması təmin olunub
11.09.2026
Sentyabrın 11-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İtkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Sentyabrın 11-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının sentyabrın 11-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 34 kiloqrama yaxın narkotik vasitə və 5342 ədəd metadon həbi aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 11-də ümumi çəkisi 34 kiloqrama yaxın narkotik vasitə və 5342 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Yabanı halda bitmiş 2,1 ton çəkidə 1967 ədəd narkotik tərkibli bitki isə aşkarlanaraq məhv edilib
Sentyabrın 11-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 2,1 ton çəkidə 1967 ədəd narkotik tərkibli bitki isə aşkarlanaraq məhv edilib.Bu istiqamətdə tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 61 cinayətin açılması təmin olunub
10.09.2026
Binəqədi rayonunda kirayədə yaşadığı evdən oğurluq edən şəxs saxlanılıb
Paytaxtın Binəqədi rayonunda evlərin birindən oğurluq edilib. Zərərçəkmiş polisə etdiyi müraciətində ona məxsus evdən 8000 manat dəyərində məişət və geyim əşyalarının talandığını bildirib. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 21 yaşlı Tofiq Quluzadə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o kirayə qaldığı evdən əşyaları oğurlayaraq hadisə yerini tərk edib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən 26 yaşlı V.Cəbrayılov saxlanılıb. Ondan ümumilikdə 33 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs narkotikləri ayrı-ayrı ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıb.Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
İtkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Sentyabrın 10-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının sentyabrın 10-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.