Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Xaçmaz rayon sakini Sərxan Vəliyev DİN-ə ünvanladığı məktubunda ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə polisə minnətdarlığını bildirir.

Cəlilabad rayon sakini Mətləb Verdiyev öz təşəkkür məktubunda Cəlilabad Rayon Polis Şöbəsinə etdiyi müraciətin obyektiv şəkildə araşdırılmasına görə DİN rəhbərliyinə və RPŞ əməkdaşlarına minnətdarlığını ifadə edir.

Lerik rayon sakini olan Qarabağ müharibəsi əlili Üzeyir Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və ictimai təhlükəsizliyin uğurla qorunmasına görə RPŞ-nin rəisi Ayaz Cəfərovdan razılığını bildirir.

Astara rayonunun Ərçivan qəsəbə 3 saylı tam orta məktəbinin müəllim kollektivi DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda narkomaniyaya qarşı mübarizə çərçivəsində keçirilən maarifləndirmə tədbirlərinə, yeniyetmə və gənclər arasında vətənpərvərlik hislərinin, sağlam həyat tərzinin təbliğinə görə Astara rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirovdan razılığını bildirir və minnətdarlığını ifadə edir.

Astara şəhər sakini Arif İsayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon polis şöbəsinə etdiyi müraciətin obyektiv şəkildə araşdırılmasına görə Astara RPŞ-nin rəisi Azər Cahangirovdan razılığını bildirir.

Cəlilabad sakini Ruslan İsayev öz təşəkkür məktubunda rayon ərazisində yollarda hərəkətin təhlükəsizliyini təmin etdiklərinə, vətəndaşlara yüksək mədəniyyətlə yanaşdıqlarına görə yol patrul xidməti əməkdaşlarına minnətdarlığını bildirir.

Astara rayon Ziyalı Ağsaqqallar Cəmiyyətinin sədri Camal İbrahimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda edilən müraciətlərin obyektiv araşdırılmasına, vətəndaşların qayğılarına həssaslıqla yanaşılmasına, ictimai qaydanın və asayişin yüksək səviyyədə qorunmasına görə Astara RPŞ-nin rəisi Azər Cahangirovdan razılığını ifadə edir və ümumilikdə polisin fəaliyyətindən məmnunluğunu bildirir.

Şəmkir rayonu Çinarlı qəsəbə sakini Məlahət Məmmədova DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda baş vermiş oğurluq hadisəsinin üstünün açılmasında və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməyə görə Şəmkir RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.

Quba rayonunun Birinci Nügədi kənd sakini Nəbi Mürsəliyev DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda özünün və qonşusu olan bir qadının müraciətinə operativ şəkildə baxılmasına və onlara dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməyə görə Quba RPŞ-nin rəhbərliyinə və İstintaq Bölməsinin müstəntiqi Samir Çobanova təşəkkürünü bildirir.