Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Xocalı rayon sakini Kamal Fərhadoğlu cümhuriyyət yaşıdı polisimizə olan sevgisini DİN-ə göndərdiyi “Azərbaycan Polisi” şeirilə ifadə edib.

Yardımlı Rayon Polis Şöbəsinin Veteranlar Şurasının sədri Hüseyn Vəliyev DİN-ə ünvanladığı məktubda polisin keçdiyi tarixi inkişaf yolundan bəhs etməklə yanaşı, həm də bu gün ölkə və DİN rəhbərliyinin veterenlara olan diqqət və qayğısını minnətdarlıq hissi ilə qələmə alır.

Xətai rayon sakini Akif Mamedov DİN-ə ünvanladığı məktubunda baş verən avtomobil qəzası zamanı ona dəyən ziyanın ödənilməsində göstərdiyi köməyə görə DİN Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşı, baş təhqiqatçı Səfyar Əliyeva təşəkkürünü bildirir.

Bakı şəhər sakini Tərlan Cəbrayılov Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinin qanun çərçivəsində araşdırıldığını yazır, qardaşının ölümü ilə nəticələnən qəzanı törədən naməlum avtomobilin sürücüsünün qısa zaman kəsiyində qanuna təslim edilməsində həm bir polis əməkdaşı kimi öz vəzifə borcunun öhdəsindən layiqincə gələn, həm də bu məsələyə vətəndaş yanğısı ilə yanaşan DİN Baş İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Şəhriyar Əliyevə təşəkkürünü bildirir.

Şirvan şəhər sakini Mehman Quliyev və bir qrup şəhər ağsaqqalı Şirvan şəhərində qısa zaman kəsiyində bəzi cinayətkar qrup və dəstələrin ifşa edilib zərərsizləşdirilməsində, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsində, əllərdəki qanunusz silahların yığılmasında və bu sahədə profilaktik, həmçinin əməliyyat-axtarış tədbirlərinin geniş vüsət almasında bir polis zabiti kimi qətiyyətini əsirgəməyən ŞPŞ-nin rəisi, polis polkovniki Hikmət Quliyevə minnətdarlıq edirlər.

Beyləqan rayon sakini Könül Bəhrəmli üzləşdiyi problemin həllində göstərdikləri köməkliyə görə Baş İctimai Təhlükəsizik İdarəsinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlova, həmçinin Baş idarənin əməkdaşları Əkbər Əkbərova və Elmar Ədilxanova təşəkkürünü bildirir.

Ağdaş rayon sakini Yusif Əzizov RPŞ-nin fəaliyyətindən razılığını ifadə edir.

Astara rayon sakini İqbal Quliyev və bir qrup ziyalı narkomaniya, erkən nikah və dini radikalizm mövzusunda mütəmadi olaraq maarifləndirici tədbirlər keçirdiklərinə görə RPŞ-nin rəhbərliyinə təşəkkürünü bildirir, polisin fəaliyyətini yüksək qiymətləndirir.

Kürdəmir rayonunun Qoçulu kənd sakini Polad Vəliyev üzləşdiyi dələduzluq faktı ilə bağlı etdiyi müraciətə Binəqədi RPİ-nin İstintaq şöbəsində obyektiv baxılaraq müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.