Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini kimya elmləri doktoru, professor Rahim Daşdiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının fəaliyyətini yüksək dəyərləndirir.

Qusar rayon sakini Valeh Hacıyev DİN-ə ünvanladığı məktubunda şəxsiyyət vəsiqəsini yeniləmək məqsədilə müraciətini şəffaf və təxirəsalınmaz şəkildə icra etdiklərinə görəQusar Rayon Polis Şöbəsinin Pasport Qeydiyyat Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Saatlı rayonunun Nəriman kənd sakini Amid İsgəndərov DİN-ə ünvanladığı məktubunda probleminin həllində göstərilən köməkliyə görə Saatlı RPŞ-nin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.

Əcnəbi vətəndaş Sasan Qəhrəmani üzləşdiyi dələduzluq faktı ilə bağlı etdiyi müraciətə Bakı şəhər Baş Polis İdarəsinin Təhqiqat şöbəsi tərəfindən obyektiv baxılaraq ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Rəhman İsmayılov müraciətinə obyektiv baxılaraq göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Goranboy rayonunun Xoylu kənd sakini Xoşqədəm Mustafayeva DİN rəhbərliyinə ünvanladığı məktubunda oğurlanmış 1 baş iribuynuzlu heyvanının tapılaraq qaytarılmasında göstərilən köməkliyə görə Goranboy RPŞ-nin rəhbərliyinə və Cinayət axtarışı bölməsinin rəisi Vilayət Allahverdiyevə təşəkkürünü bildirir.

Astara rayonunun Selekəran kənd sakini Ağahüseyn Yaqubov DİN-ə ünvanladığı minnətdarlıq məktubunda Rayon Polis Şöbəsinin sahə inspektoru Nəcəf Abışova xidməti fəaliyyətinə məsuliyyətlə yanaşdığı üçün təşəkkürünü bildirir.

Astara rayonunun Maşxan kənd sakini Radik Əliyev DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda Rayon Polis Şöbəsinin rəhbərliyindən razılığını ifadə edir.

Saatlı rayon sakini Oktay Məmmədov ictimai sabitliyin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə polisin rolunu yüksək dəyərləndirir və Saatlı Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.