Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Ağdaş rayon sakini Şahin Nuhov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Şəki ŞRPŞ-nin DYPB-nin əməkdaşlarına minnətdarlıq edir.

Cəbrayıl rayon sakini Fərid Vəliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Rayon Polis Şöbəsinin əməkdaşlarının fəaliyyətindən razılığını ifadə edir.

Cəlilabad rayon sakini Əfqan Muradov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciəti ilə əlaqədar Cəlilabad RPŞ-nin rəhbərliyi tərəfindən qəbul edilməsinə və vətəndaşlara qarşı sərgilənən yüksək mədəni davranışa görə minnətdarlığını bildirir.

Lənkəran rayon sakini Valeh Vahabov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin operativ və obyektiv şəkildə araşdırılmasına görə Lənkəran ŞRPŞ-nin əməkdaşlarından razılığını ifadə edir.

Biləsuvar rayon sakini Fuad Xammədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə verilən çevik reaksiyaya görə minnətdarlığını bildirir.

Lənkəran rayon sakini Balaxan Əmirov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə görə Lənkəran ŞRPŞ-nin rəhbərliyindən razılığını ifadə edir.

Bakı şəhər sakini Fərid Əmirov etdiyi müraciətlə bağlı DİO əməkdaşları tərəfindən dərhal reaksiya verildiyinə və məsələnin qısa zaman ərzində müsbət istiqamətdə həll olunduğuna görə DİN rəhbərliyinə və DİO əməkdaşlarına dərin minnətdarlığını bildirir.

Lənkəran rayon sakini Bəhmən İbrahimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona məxsus 2 baş atı ov tüfəngi ilə vuran şəxsin müəyyən olunmasına və dəymiş maddi ziyanın tam şəkildə ödənilməsinin təmin edilməsinə görə minnətdarlığını bildirir.

Astara rayonunun Siyakü kənd sakini Marif Babayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Astara RPŞ-nin əməkdaşlarından razılığını ifadə edir.