Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Mövsüm Şıxıyev müraciətinin obyektiv araşdırılıb müsbət həll olunmasına görə İsmayıllı RPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Bakı şəhər sakini Elşən Lətifov müraciətinə operativ reaksiya verdiklərinə görə Şəki ŞRPŞ və Oğuz RPŞ-lərin əməkdaşlarına minnətdalıq bildirir.

Göyçay rayon sakini Vüqar Ədilov müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə minnətdarlıq edir.

Bir qrup Ağdam rayon sakininin DİN rəhbərliyinə ünvanladığı təşəkkür mətubunda göstərilən diqqət və qayğıya, nümunəvi xidmətə görə Ağcabədi Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin əməkdaşlarına öz minnətdarlıqlarını bildirirlər.

Siyəzən şəhərində yaşayan Bayram Bayramov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi hallarının qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.

Quba rayonunun Afurca kənd sakini Axundbala Həsənov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda evindən oğurluq edilməsi faktı ilə bağlı Quba RPŞ-nin Qonaqkənd Polis Bölməsinə müraciət etdiyini yazır.

O, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın ödətdirildiyini qeyd edir.

A.Həsənov müraciətinə diqqətlə yanaşılmasına və operativliyə görə Quba Rayon Polis Şöbəsinin və Qonaqkənd Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

DİN-in “Instagram” səhifəsinin izləyicisi Günay Babayeva səhifə vasitəsilə ünvanladığı müraciətinə müraciətinə operativ baxıldığını, Nəsimi Rayon Polis İdarəsi tərəfindən qısa müddətdə araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü və müraciətinin müsbət həll olunduğunu qeyd edir.

G.Babayeva müraciətinə həssas yanaşıldığına və həyata keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Sumqayıt şəhər sakini Səbuhi Qəhrəmanov vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

DİN-in “Instagram” səhifəsinin izləyicisi İlhamə Hüseynova müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.