Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
18.05.2021 - Bakı şəhər sakini Cahid Qurbanov DİN-ə ünvanladığı məktubunda müraciətinə...
Bakı şəhər sakini Cahid Qurbanov DİN-ə ünvanladığı məktubunda müraciətinə operativ baxılaraq müsbət həll edildiyinə görə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayır.
18.05.2021 - Mingəçevir şəhər sakini Vüqar Əkbərov DİN-ə ünvanladığı məktubunda Müqəddəs...
Mingəçevir şəhər sakini Vüqar Əkbərov DİN-ə ünvanladığı məktubunda Müqəddəs Ramazan bayramı münasibəti ilə DİN rəhbərliyini və polis əməkdaşlarını təbrik edir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
18.05.2021 - Vətən müharibəsinin iştirakçısı olan Bakı şəhər sakini Əbülfət Qurbanov...
Vətən müharibəsinin iştirakçısı olan Bakı şəhər sakini Əbülfət Qurbanov məktubunda mənzilində baş vermiş oğurluq hadisəsi ilə bağlı Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə müraciət etdiyini bildirir. O, müraciətinin obyektiv araşdırılaraq operativ tədbirlərin həyata keçirildiyini qeyd edir.
Ə.Qurbanov müraciətinə həssas yanaşılmasına və polis əməkdaşlarının operativliyinə görə DİN rəhbərliyinə və Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.17.05.2021 - Şamaxı rayon sakini Rövşən Cəbiyev üzləşdiyi problemlə əlaqədar etdiyi...
Şamaxı rayon sakini Rövşən Cəbiyev üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Şamaxı RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü ifadə edir.
17.05.2021 - Bakı şəhər sakini Riad Hüseynəliyev ictimai qaydanın və təhlükəsizliyin təmin...
Bakı şəhər sakini Riad Hüseynəliyev ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Sabunçu RPİ 12-ci Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını yazır.
17.05.2021 - Salyan rayon sakini Kamran Həsənov üzləşdiyi problemlə əlaqədar etdiyi...
Salyan rayon sakini Kamran Həsənov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə və şəxsi heyətinə minnətdarlığını bildirir.
17.05.2021 - Vətəndaş Təbriz Dəmirov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda...
Vətəndaş Təbriz Dəmirov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai asayişin yüksək səviyyədə qorunmasına və cinayətkarlığa qarşı aparılan mübarizəyə görə Ağdaş RPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.
17.05.2021 - Balakən rayon sakini Rəbiyyət Zodorova ötən il evindən oğurluq edən şəxslərin...
Balakən rayon sakini Rəbiyyət Zodorova ötən il evindən oğurluq edən şəxslərin tutularaq məsuliyyətə cəlb olunmasına görə Balakən RPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.
13.05.2021 - Bakı şəhər sakini Teymur Paşayev qarşılaşdığı problemlə bağlı etdiyi...
Bakı şəhər sakini Teymur Paşayev qarşılaşdığı problemlə bağlı etdiyi müraciətə Qaradağ Raayon Polis İdarəsinin əməkdaşları tərəfindən operativ və həssas yanaşıldığına və ona dəymiş maddi ziyanın qısa müddət ərzində tam ödətdirildiyinə görə DİN rəhbərliyinə dərin təşəkkürünü bildirir.