Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Biləsuvar rayon sakini Dürdanə Zeynalova sosial şəbəkə hesabından ünvanladığı təşəkkür məktubunda müraciətinin Biləsuvar RPŞ-də nəzarətə götürülməsinə və müsbət həllini tapmasına görə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi olan vətəndaş öz təşəkkür məktubunda qohumunun iki min manat pulunun mənimsənilməsi ilə bağlı Lənkəran ŞRPŞ-yə etdikləri müraciətdən sonra məsələnin müsbət həllini tapdığını və maddi ziyanın ödənilməsinin təmin edildiyini bildirir və minnətdarlığını ifadə edir.

Cəlilabad rayon sakini Elnur Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə görə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarından razılığını ifadə edir.

Masallı rayon sakini Ramil Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasına görə Masallı RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Lənkəran rayon sakini Nicat Sultanzadə pulunun mənimsənilməsi ilə bağlı Lənkəran ŞRPŞ-yə etdikləri müraciətdən sonra məsələnin müsbət həllini tapdığını və maddi ziyanın ödənilməsinin təmin edildiyini bildirir və minnətdarlığını ifadə edir.

Vətəndaş Elvin İbrahimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinə həssas yanaşıldığına, göstərilən diqqətə və probleminin aradan qaldırılmasında edilən köməkliyə görə DİN rəhbərliyinə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Biləsuvar rayon sakini Rəhim Həbibov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin Rayon Polis Şöbəsində obyektiv şəkildə araşdırılmasına görə razılığını ifadə edir.

Göygöl rayon sakini Şahmar Məmmədov məktubunda müraciətinə operativ baxılaraq obyektiv araşdırma aparılmasına görə Mingəçevir rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Gəncə şəhər sakini Əli İsmayılov göstərilən həssas münasibətə görə təşəkkürünü bildirir.