Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

DİN-in sosial şəbəkə səhifəsinə yazan izləyici Bakıda keçirilən “avro 2020” futbol çempionatı zamanı əşiyalarının oğurlanması ilə bağlı etdiyi müraciətə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən operativ yanaşıldığına və qısa zaman ərzində əşiyaların tapılaraq geri qaytarılmasına görə öz minnətdarlığını bildirir.

Bakı şəhər sakini Akif Bağırov avtomobilinin texniki vəziyyəti ilə bağlı etdiyi müraciətə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən həssaslıqla yanaşıldığına və məsələnin müsbət həll olunduğuna görə DİN rəhbərliyinə təşəkkür edir.

Sumqayıt şəhər sakini Səbinə Vüqarlı "Tik-tok" sosial şəbəkəsində Pünhan Rəhimli tərəfindən təhqir olunması və təzyiqlərə məruz qalması ilə bağlı etdiyi müraciətə polis əməkdaşlarının dərhal reaksiya verərək məsələnin araşdırıldığına görə DİO əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Roza Həsənova Bakı şəhəri Xəzər rayonunda yaşayan bir şəxs tərəfindən 8700 manat borc pulun geri qaytarılmaması, şantaj və hədələrə məruz qalması barədə etdiyi müraciətə DİO əməkdaşları tərəfindən operativ reaksiya göstərilərək məsələnin müsbət həll olunduğuna və dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Göygöl rayon Xəqani kənd sakini Şəfəq Məmmədova təşəkkür məktubunda etdiyi müraciətin operativ və obyektiv şəkildə araşdırılmasına görə DİN rəhbərliyinə və Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Məharət Hüseynov müraciətinin müsbət yöndə həll olunmasına görə, DİN rəhbərliyinə minnnətdarlıq edir.

Şəki şəhər sakini Elbrus Fərruxzadə təşəkkür məktubunda ŞRPŞ-də müraciətinin obyektiv araşdırılmasına görə, DİN rəhbərliyinə minnətdarlıq edir.

Vətəndaş Məlahət Əliyeva təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

İsmayıllı rayon sakini Rövşən Qasımov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda vətəndaşların müraciətlərinə operativ reaksiya verdiklərinə görə, İsmayıllı RPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.