Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Abşeron rayon sakini Zahir Əhmədov “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür postu paylaşıb. O, avtomobilinin qeydiyyatı üçün Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt şəhərindəki rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə getdiyini, qısa müddətdə və rahatlıqla avtomobilinin qeydiyyata alındığını qeyd edir. Z.Əhmədov vətəndaşların rahatlığı üçün yaradılan şəraitə və göstərilən xidmətə görə BDYPİ-nin Sumqayıt şəhərindəki rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə izləyicisi Səadət Nuriyeva DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə tez bir zamanda və operativ baxılmasına və ona dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşlarına minnətdatlıq edir.

Türkiyə Respublikasının vətəndaşı Engin Arslanın DİN-ə ünvanladığı təşəkkür məktubunda Bakı metropolitenində itən azyaşlı oğlunun tapılmasında göstərdikləri köməkliyə görə metropolitendə xidmət edən polis əməkdaşlarına minnətdarlıq edir.

Sosial şəbəkə izləyicisi Alim Hacıyevin DİN-ə ünvanladığı təşəkkür məktubunda şahidi olduğu bir hadisəylə bağlı Azərbaycan Polisinə təşəkkür edir. Yazır ki, “Qış parkının yanında avtomobilində yanacaq bitdiyindən bir xanım yolda qalmışdı.  Həmişə olduğu kimi bu dəfə də polislərimiz köməyə çatdı və problemin aradan qaldırılmasında xanıma köməklik  etdilər. Belə polis əməkdaşlatrımız olduğu üçün fəxr edirik”.  

Bakı şəhər sakini Oqtay İslamovun DİN-ə ünvanladığı təşəkkür məktubunda oğurluq hadisəsi ilə bağlı etdiyi müraciətə tez bir zamanda və operativ baxılmasına və ona məxsus əşyanın tapılmasında göstərilən köməkliyə görə Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşlarına minnətdatlıq edir.

Sosial şəbəkə izləyicisi Nərgiz Aşırova DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə tez bir zamanda və operativ baxılmasına və probleminin aradan qaldırılmasında göstərilən köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdatlıq  edir.

Bakı şəhər sakini Kamil Babayev ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının etibarlı qorunmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Ceyhun Dünyamalıyev üzləşdiyi oğurluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində cinayətkarın tutulmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü ifadə edir.

Bakı şəhər sakini Gündüz Əliyev ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, narkotiklərin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Nəsimi RPİ 19-cu Polis Şöbəsinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını yazır.