Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Biləsuvar rayon sakini Üzeyir Qurbanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda şəhid ailələrinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına göstərilən diqqətə və qayğıya görə Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Lənkəran rayonunun Liman şəhər sakini Seyran Mustafayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona məxsus yanacaqdoldurma məntəqəsinə daxil olaraq orada çalışan əməkdaşın pul və mobil telefonunu quldurluq yolu ilə ələ keçirən şəxsin müəyyən olunaraq saxlanılmasına və məsuliyyətə cəlb edilməsinə görə Lənkəran ŞRPŞ-nin əməkdaşlarından razılığını ifadə edir.

Ağcabədi rayon sakini Güldəstə Hüseynova DİN-ə ünvanladığı təşəkkür məktubuda müraciətinə operativ reaksiya verildiyinə görə Ağcabədi RPŞ-nin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Yevlax rayon sakini Rəsmiyyə Abbasova təşəkkür məktubunda müraciətinə qısa zamanda baxılaraq həll edilməsində göstərilən köməkliyə görə Yevlax RPŞ-nin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Xocalı rayon sakini Zəfər Zamanov müraciətinə operativ reaksiya verildiyinə görə Xocalı RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Ağdam rayon sakini Şərif Qurbanov etdiyi müraciətə operativ reaksiya verildiyinə görə DİN rəhbərliyinə və Ağdam RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Kürdəmir rayon sakini Namiq Ramazanov DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətinə operativ reaksiya verildiyinə görə Kürdəmir RPŞ-nin əməkdaşlarından razılığını ifadə edir.

Bərdə rayon sakini Toğrul Bayramov DİN-ə ünvanladığı təşəkkür məktubuda müraciətinə operativ reaksiya verildiyinə görə Ağcabədi RPŞ-nin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Kürdəmir rayon sakini Murad Hacıyev təşəkkür məktubunda müraciətinə qısa zamanda baxılaraq ona dəymiş ziyanın ödənilməsində göstərilən köməkliyə görə Kürdəmir RPŞ-nin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlığını bildirir.